Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Gəncədə qadına qarşı soyğunçuluq edən şəxs saxlanıldı

115 Baxış

İyun ayının 26-da Gəncə şəhər sakini olan bir qadın Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz Rayon Polis İdarəsinə müraciət edərək, yaşadığı evin qarşısında tanışının onun boğazındakı qızıl boyunbağını götürüb qaçdığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus qızıl boyunbağını soyğunçuluq yolu ilə mənimsəməkdə şübhəli bilinən şəxsin şəhər sakini, 48 yaşlı Rəşad Sadıqov olması müəyyən edilib. R.Sadıqov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678