Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Göyçay xəstəxanasının həyətindəki görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA

154 Baxış

Sosial şəbəkələrdə Göyçay Rayon Mərkəzi Xəstəxanasının həyətyanı sahəsində qumarxana açıldığı, orada fəaliyyət göstərən kafedə spirtli içkilərin satılması, müştərilərin səs-küyündən xəstələrin narahat olması ilə bağlı görüntülər yayılıb.

Bildirilib ki, buna xəstəxananın baş həkimi Elçin Bilalov şərait yaradır.

Məsələ barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) ilə əlaqə saxladıq.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalov barəsində səsləndirilən iddiaların heç bir əsası yoxdur.

Yayılan məlumatlara Daxili İşlər Nazirliyi də münasibət bildirib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, həmin məsələ ilə əlaqədar Göyçay Rayon Polis Şöbəsinə hər hansı bir şikayət və ya müraciət daxil olmayıb:

“Yayılan xəbərlərlə bağlı aparılan araşdırma zamanı kafenin xəstəxananın inzibati ərazisində yerləşmədiyi, ancaq tibb məntəqəsinin həyətində həmin iaşə müəssisəsinə məxsus bir neçə masanın qoyulduğu məlum olub. Orada müxtəlif kart oyunlarının oynanılması ilə bağlı səsləndirilən iddialar isə öz təsdiqini tapmayıb”.

“Obyektin sahibi Polis Şöbəsinə dəvət olunub, onunla profilaktik söhbətlər aparılıb. Xəstəxananın həyətində olan masaların tez bir zamanda oradan götürülməsi barədə ona xəbərdarlıq olunub”, – deyə DİN rəsmisi qeyd edib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678