Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Haber Global” Ankarada Azərbaycan Evi və Şuşa Konfrans mərkəzinin açılışını işıqlandırıb – VİDEO

248 Baxış

Türkiyənin nüfuzlu “Haber Global” telekanalı Ankarada Azərbaycan Evi və Şuşa Konfrans mərkəzinin açılışı barədə süjet hazırlayıb.

Süjetdə iki ölkə arasındakı qardaşlıq münasibətlərinin bir daha öz təsdiqini tapdığı bildirilib.

Qeyd olunub ki, bundan sonra məhz bu məkan türk mədəniyyəti sahəsində aparılan bütün işlər və iki ölkə arasındakı qardaşlıq münasibətlərinə dayanan bütün fəaliyyətlər üçün mərkəz rolunu oynayacaq.

Xatırladaq ki, Ankarada fəaliyyət göstərən Azərbaycan Evinin və Şuşa Konfrans Mərkəzinin açılışı bugünlərdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində baş tutub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678