Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hande Harmancı: “Azərbaycan 19 min hipertoniya xəstəsindən yalnız 2 400-ü müalicə alır”

263 Baxış

“Azərbaycanda hipertoniya xəstəliyindən hər il xilas edə biləcəyimiz 24 min insan dünyasını dəyişir. Halbuki düzgün müalicə üsulu tətbiq edildiyi təqdirdə o insanlar ölməyə bilərdilər”.

Oxu.Az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı ÜST-ün “PROACT-Care” layihəsi çərçivəsində Şamaxı rayonunda TƏBİB-ə 3 mobil klinikanın təhvil verilməsi mərasimində deyib. 

H.Harmancının sözlərinə görə, ölənlərin əksəriyyəti gənc yaşlarda olanlardır:

“Ölən insanların əksəriyyəti yaşlı deyil. Hər il yalnız hipertoniya xəstəliyi Azərbaycanda 600 milyon manat itkiyə gətirib çıxarır. Ancaq hazırda statistik rəqəmlərə görə, Şamaxıda 19 min şəxs bu xəstəlikdən əziyyət çəkir. Lakin bu gün hipertoniya xəstəsi olduğunu bilən və müalicə alan cəmi 2 400 xəstə var. Yəni 19 min xəstədən 2 400-ü düzgün şəkildə müalicə alır, digərləri isə yüksək ölüm riski altındadır. Hipertoniya ölümcül xəstəlikdir.

Biz burada həyata keçirdiyimiz tədbirlərin Şamaxı modeli olaraq nəinki Azərbaycanda, hətta dünyada yayılmasına çalışırıq”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678