Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ramin Bayramlı: “Ölkəmizdə virus aşkar edilməyibsə belə, varmış kimi tədbirlərimizi görməliyik”

112 Baxış

2018-ci ildə Azərbaycanda Milli Hematologiya və Transfuziologiya Mərkəzinin nəznində Genetik Diaqnoz Mərkəzi yaradılıb ki, bu gün bu mərkəzdə yerləşən laboratoriyalarda viruslar mutasiyaya uğrayarsa, araşdırma aparıla bilər.

Oxu.Az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib.

Onun sözlərinə görə, burada yalnız koronavirus deyil, istənilən virusun mutasiyalarını təyin etmək imkanı var:

“Bir neçə ay əvvəl ölkədə “Britaniya ştammı” aşkarlanmışdı və biz dərhal bu mutasiya barədə məlumat vermişdik. Ölkə olaraq, hazırda biz dünya təcrübəsində viruslarda mutasiyaların aşkarlanması üçün necə tədqiqatlar aparılmalı olduğunu öyrənirik və o plana uyğun olaraq, tədqiqatlar aparırıq.

Əsas hədəf kimi ölkə sərhədlərindən keçən PCR testi pozitiv çıxanlar, xəstəliyi daha ağır kliniki formada keçirənlərin nümunələri, lokal olaraq yoluxma sürəti yüksək olan bölgələr diqqətə götürülür”.

O qeyd edib ki, biz yalnız “Delta” virusu deyil, koronovirusun mövcud əsas 4 mutant ştammını və əlavə olaraq digər virus tiplərinin hamısının analizini aparırıq:

“Bütün bunlar operativ qərargah çərçivəsində xüsusi panel çərçivəsində aparılır. Kifayət qədər müasir cihazlardan istifadə edilir və zəruri reaktivlər mövcuddur. Media işçiləri müraciət edərək Milli Hematologiya və Transfuziologiya Mərkəzinin nəznində Genetik Diaqnoz Mərkəzində aparılan işlərlə tanış ola bilərlər. Nümunələr toplanır və çalışma qanunauyğunluqlarına görə 10-14 gün ərzində onun bioinformatik analizi icra olunur və dünya gen bankı ilə müqayisə edilir. Bu günə qədər heç bir mutant aşkar edilməyib, lakin bu, sabah da aşkarlana bilər, 10 gün sonra da. Bu sahədə mütəmadi monitorinqlər gedir. Bizim ölkəmizdə bu gün virus aşkar edilməyibsə belə, varmış kimi tədbirlərimizi görməliyik. Bu, dünya praktikasıdır”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678