Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şəhid olan bir neçə hərbi qulluqçunun orden və medalları ailələrinə təqdim olundu – FOTO

122 Baxış

Xətai Rayon İcra Hakimiyyətində Azərbaycan Ordusunun şəhid olan bir neçə hərbi qulluqçusunun təltif olunduğu orden və medalların onların ailəsinə təqdimetmə mərasimi keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev və təltif olunan şəhidlərin ailə üzvləri iştirak ediblər.

Çıxış edən Rafiq Quluyev və Zaur Abdullayev Azərbaycan xalqının Vətən müharibəsində qazandığı qələbədən danışıblar. Qeyd olunub ki, bu qələbə xalqımızın qəhrəman övladlarının canı və qanı bahasına əldə olunub. Daha sonra təltif olunan şəhidlərimizim keçdiyi döyüş yoluna nəzər salınıb və onların qəhrəmanlıqlarından söz açılıb.

Daha sonra Tovuz döyüşləri zamanı şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, polkovnik İlqar Mirzəyevin təltif olunduğu “Azərbaycanın Milli Qəhrəmanı” medalı, kapitan Həsənov Ceyhun Aydın oğlunun təltif olunduğu “Vətən Müharibəsi Qəhrəmanı” medalı, kapitan Şikarov Nəcəf Şikar oğlu və baş leytenant Abbaslı Arif Firuz oğlunun təltif olunduqları “Qarabağ” ordenləri, əsgər Quliyev Barat Nizami oğlunun təltif olunduğu “Vətən uğrunda” medalı onların  ailələrinə təqdim edilib.

Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678