Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Regionda təhlükəsizlik və sülhün bərqərar olmasında gənclər təşkilatlarının rolu – FOTO

126 Baxış

Cari dövrdə də regionda baş verən proseslərlə bağlı gənclər təşkilatlarının oynaya biləcəyi rolun müzakirəsi məqsədilə 2 iyul 2021-ci il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının(ARGTMŞ) təşkilatçılığı ilə “Regionda təhlükəsizlik və sülhün bərqərar olunmasında gənclər təşkilatlarının rolu” mövzusunda konfrans keçirilib.

ARGTMŞ-dan verilən məlumata görə, NAYORA-nın baş katibi Ramin Həbibzadənin moderatorluğu ilə baş tutan konfrans zamanı NAYORA-nın sədri Azər Əliyevin “Gənclər təşkilatlarının regionda təhlükəsizlik və sülh quruculuğunda fəaliyyət istiqamətləri və qarşıda duran məsələlər”, Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayevanın “Regionda təhlükəsizlik və sülhün bərqərar olunması prosesində maneələr”, Bakı Slavyan Universitetinin rektoru vəzifəsinin icraçısı Anar Nağıyevin “Post-müharibə dövründə regionda müdafiə və təhlükəsizlik məsələləri”, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin Baş direktoru Elməddin Mehdiyevin “Regionda təhlükəsizlik və sülh məsələlərinin dünya ictimaiyyətinə çatdırılmasında İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun rolu” mövzularında olan çıxışları konfransın əsas müzakirə mövzuları olub.

Həmçinin konfransda gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin iştirakı ilə sülhün qorunub saxlanılması və təhlükəsizliyin müxtəlif aspektləri müzakirə edilib.

Müzakirələrin sonunda çıxışçılar gənclərin suallarını cavablandırıblar.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678