Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Təhsil Nazirliyi MİQ imtahanlarında iştirak edəcək namizədlərə müraciət etdi

101 Baxış

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə faktiki yaşayış yerini Mingəçevir, Naftalan, Yevlax şəhəri, Goranboy və Ağdaş rayonu qeyd etmiş namizədlər üçün test imtahanı mərhələsinin Mingəçevir şəhər Texniki Humanitar Liseyində keçirilməsi nəzərdə tutulmuşdu.

Təhsil Nazirliyindən verilən məlumata görə, iyulun 2-də Mingəçevir şəhər Telekommunikasiya qovşağında baş vermiş qəza ilə əlaqədar olaraq 5-9 iyul tarixlərində Mingəçevir şəhər Texniki Humanitar Liseyində keçiriləcək imtahana dəvət edilmiş namizədlərin imtahan məkanı və saatlarında dəyişiklik edilib. 

Namizədlərin imtahan verəcəyi yeni məkan və saatla bağlı müvafiq məlumatlar onların şəxsi səhifələrinə göndərilib. 

Namizədlərdən şəxsi səhifələrinə daxil olaraq yenilənmiş məlumatlarla tanış olmaları xahiş olunur.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678