Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tovuzda qadını avtomobil vurdu: Sürücü axtarışa verildi

108 Baxış

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, 1971-ci il təvəllüdlü Çimnaz Şirəliyeva yolu qarşı tərəfə keçmək istəyən zaman naməlum avtomobil onu vurub.

Qadın dərhal yaxınlıqdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin məlumata görə, 50 yaşlı qadını vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Onun tapılması istiqatimətində axtarışlara başlanıb.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678