Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda son sutkada koronavirusdan bir nəfər vəfat edib – STATİSTİKA+FOTO

131 Baxış

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 99 yeni yoluxma faktı qeydə alınıb, 53 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində COVID-19-dan bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 336 417 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 433 nəfər müalicə olunaraq sağalıb, 4 978 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 1006 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 679, bu günə qədər isə ümumilikdə 3 787 089 test icra olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678