Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda olan türkiyəli mütəxəssis: “İki-üç kolu əsas götürsək, heç bir inkişafa nail ola bilmərik”

273 Baxış

“Meşə fonduna aid ərazilərin aqrobağların yaradılması üçün sahibkarlara icarəyə verilməsi təcrübəsi Türkiyədə də geniş yayılıb”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologoya və Təbii Sərvətlər Nazirliyinin dəvəti ilə Azərbaycanda olan Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin əməkdaşı, meşə sahəsi üzrə mütəxəssis İsmet Erol deyib.

O, bu sahədə təcrübələrin paylaşılması üçün ölkəmizə gəldiyini bildirib:

“Türkiyə meşəçiliyi dünyada hazırda bir çox məsələdə, xüsusilə erroziyanın nəzarətdə saxlanılması, meşə yanğınlarının qarşısının alınması, yaşıllıqların artırılması və s. üzrə ən öndədir. Biz təcrübələrimizi paylaşmaq istəyirik ki, Azərbaycanda bu sahə bizim vaxtımızı itirmədən daha tez inkişaf etsin.

Bu çərçivədə meşələrin qorunması xidmətlərinə baxdığımız zaman, xüsusi yaşıllıq zonalarının yaradılması mühüm məsələdir. Xüsusi yaşıllıqların yaradılması çərçivəsində meşə sahələrinə yaxın yerlərdə bölgəyə uyğun meyvə ağaclarının əkilməsi prioritetdir. Bəzən ölü ağaclar, kol-kos çıxarıla bilər”.

“Kiçik fədakarlıqlar edilməzsə, böyük fotonu görə bilməzsiniz. Geniş sahədə minlərlə qoz, şabalıd, badam ağacının əkildiyi yerdə iki-üç kolu əsas götürsək, heç bir inkişafa nail ola bilmərik.

Ona görə bu sahədə fəaliyyət göstərən qurumlara güvənmək lazımdır. Bəzən nöqsanlar ola bilər. Vəzifəsini lazımınca yerinə yetirə bilməyən şəxslər ola bilər. Lakin bu, ümumilikdə görülən işə kölgə salmamalıdır”, – deyə mütəxəssis qeyd edib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678