Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Pasiyenti tərəfindən bıçaqlandığı iddia olunan həkim özü-özünə xəsarət yetiribmiş

134 Baxış

Bir neçə gün əvvəl sosial şəbəkələrdə 5 saylı şəhər Kliniki Xəstəxananın həkimi Zöhrab Şamxalovun pasiyentin oğlu tərəfindən bıçaqlanması barədə məlumat yayılmışdı.

Rəfael Əzimov adlı pasiyentin ailəsi Oxu.Az-la əlaqə saxlayıb. Ailə qeyd edib ki, həkim özü-özünü bıçaqlayıb:

“Atam həkimlə mübahisə etdiyi üçün ona şillə vurub. Bundan sonra həkim özünə xəsarət yetirib”.

Həkim polisə izahatında bildirib ki, pasiyent onu o qədər əsəbləşdirib ki, özünü öldürmək həddinə çatıb. Nəticədə özünə xəsarət yetirib.

Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. 

DİN-in mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə bağlı 16-cı Polis Bölməsində toplanmış materiallar araşdırılması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib:

“Baş verən hadisəyə hüquqi qiymət veriləcək”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678