Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Əlaqələndirmə Qərargahının üzvləri Qarabağa səfər edib – VİDEO

124 Baxış

“Enerji təminatı məsələləri” və “Ekoloji məsələlər üzrə” işçi qruplarının üzvləri Tərtər rayonunun Suqovuşan qəsəbəsindəki “Suqovuşan 1” və “Suqovuşan 2” yarımstansiyalarına baxış keçirib. 

Baku TV xəbər verir ki, işçi qruplarının üzvləri burada görülən işlərlə yaxından tanış olub. Daha sonra işçi qruplarının üzvləri Ağdama yola düşüblər. 

Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov işçi qruplarının üzvlərinə Ağdamın Baş Planı haqqında məlumat verib. 

Ağdamda keçirilən iclasda işğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun bərpası və yenidən qurulması, enerji təminatına dair planlaşdırılan tədbirlər, həlli vacib məsələlər, həmçinin ekoloji mühitin qorunması, uzun illər ərzində yaranan ekoloji problemlərin həlli məsələləri müzakirə edilib. Daha sonra işçi qrupun nümayəndələri “Ağdam 1” və “Ağdam 2” yarımstansiyalarına baxış keçiriblər. İşğal dövründə digər ərazilərdə olduğu kimi, Ağdamda da su təsərrüfatı infrastrukturunun tam dağıdıldığı, ekologiyaya ciddi ziyanların vurulduğu qeyd olunub. 

Qeyd edək ki, bu, Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin işçi qruplarının işğaldan azad olunan ərazilərdə keçirdikləri ilk iclas olub. Bu məqsədlə azad olunan ərazilərə mütəmadi səfərlərin təşkil ediləcəyi qeyd edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678