Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

XİN başçısının müavini: “Ermənistan işğal etdiyi ərazilərdə “yandırılmış torpaq” siyasəti həyata keçirib”

136 Baxış

“Ermənistan işğal etdiyi ərazilərdə “yandırılmış torpaq” siyasətindən istifadə edib”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının açılışında çıxışı zamanı deyib.

O xatırladıb ki, ötən il Azərbaycan 10 min kvadratkilometrdən çox ərazisini işğaldan azad edib: “Bu ərazilər 30 ilə yaxın Ermənistanın işğalı altında olub. Onlar işğal olunmuş ərazilərdə bilərəkdən hər bir evi, ictimai binaları, infrastruktur obyektlərini, məktəb və xəstəxanaları yerlə yeksan ediblər. Onlar bunu həmin ərazilərə qayıtmağı gözləyən məcburi köçkünlər üçün orada yaşayışı qeyri-mümkün etmək üçün ediblər”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678