Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Ailə strategiyası” ilə bağlı yeni təklif və tövsiyələr qiymətləndirilib – FOTO

135 Baxış

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı “Ailə strategiyası” layihəsinin növbəti müzakirəsi Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) təşkil edilib. 

Bu barədə Oxu.Az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib. 

Akademik Gövhər Baxşəliyeva vurğulayıb ki, “Ailə strategiyası” ilə bağlı sənədin müsbət rəylər doğurduğunu, eyni zamanda AMEA-nın müvafiq institutları tərəfindən bir sıra təkliflərin təqdim etdiyi diqqətə çatdırılıb.

Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Komitə tərəfindən hazırlanan “Ailə strategiyası” layihəsi çərçivəsində dövlət orqanları, vətəndaş cəmiyyəti, o cümlədən beynəlxalq təşkilatların nümayəndələrinin və ekspertlərinin iştirakı ilə keçirilən bütün müzakirələrin layihənin təkmilləşdirilməsində əhəmiyyətli olduğunu qeyd edib. O, daha keyfiyyətli bir sənədin hazırlanmasında elmi yanaşmanın vacibliyini vurğulayıb.

Görüş zamanı tədbirdə iştirak edənlər təklif və tövsiyələrini bildiriblər. Müzakirələr zamanı strategiyada əksini tapan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, eyni zamanda ailə institutunun inkişafı, ailə məhkəmələri, ailədə valideyn məsuliyyətinin artırılması, reproduktiv sağlamlıq, ailələrin sosial təminatının gücləndirilməsi, ailə psixoloqu institutunun yaradılması, ailə dəyərləri mövzusunda teleradio məhsullarının, xüsusilə bədii filmlərin, serialların, maarifləndirici xarakterli sosial çarxların hazırlanması, ailədə mütaliə ənənəsinin təbliği və digər məsələlərlə bağlı iştirakçıların təklif və tövsiyələri dinlənilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678