Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Təhsil Nazirliyi elektron arayışlar xidmətini istifadəyə verdi – FOTO

120 Baxış

İyulun 7-də Təhsil Nazirliyinin platformasında elektron arayışlar xidməti istifadəyə verilib.

Bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, bu xidmət vasitəsilə arayışları almaq artıq daha asan, sürətli və rahat olacaq. İstifadəçilər qeyd olunan arayış növlərini elektron formada əldə edə biləcəklər:

– Ali təhsil pilləsində təhsil almaq barədə arayış;

– Orta ixtisas təhsili pilləsində təhsil almaq barədə arayış;

– Peşə təhsili pilləsində təhsil almaq barədə arayış;

– Dövlət proqramı əsasında xaricdə təhsil almaq barədə arayış;

– Dövlət proqramı əsasında xaricdə təhsil müəssisəsindən məzun olmaq barədə arayış;

– Müəllimlərin işə qəbulu və diaqnostik qiymətləndirilməsi üzrə imtahan nəticələrinə dair arayış.

Sözügedən elektron arayışların alınması üçün portal.edu.az platformasına daxil olub qeydiyyatdan keçmək lazımdır. Daha sonra “Şəxsi kabinet”də elektron xidmətlər pəncərəsindən “Arayış əldə etmək üçün müraciət” bölməsi seçilir və müvafiq arayış növü üzrə müraciət göndərilir. Elektron arayışlar portalda avtomatik formalaşdırılır.

Vətəndaşlar əldə edilən arayışı elektron formada və ya çap edərək aidiyyəti qurumlara təqdim edə bilirlər.

Qeyd edək ki, elektron arayışların həqiqiliyi QR-kod ilə təsdiq edilir, eyni zamanda, Təhsil Nazirliyinin saytında ID nömrə və müraciətçinin doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq, yükləmək və çap etmək mümkündür.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678