Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tanınmış logistika şirkətində yay təcrübə proqramına qəbul başladı

155 Baxış

“166 Yükdaşıma və Logistika” şirkəti növbəti yay təcrübə proqramına start verir!

Dördüncü kurs tələblələri, bakalavr təhsilini 2021-ci ildə bitirənlər və ya magistr dərəcəsi üzrə təhsil alan namizədlər “166 Logistika Akademiyası – 2021” yay təcrübə proqramına müraciət edə bilərlər. Qəbul olan gənclər real iş mühitində həm logistika sahəsində, həm də digər sahələrdə təcrübə qazanmaq şansını əldə edəcəklər. 
 
166 Logistika Akademiyası – 2021 yay təcrübə proqramı şirkətin aşağıda göstərilmiş sahələri üzrə keçiriləcək:

• İnsan resursları
• Nəqliyyatın idarə olunması
• Marketinq və biznesin inkişafı
• Qrafik dizayn
• E-kommersiya
• Data analitikası
• Hüquq
• Maliyyə və mühasibatlıq
• Korporativ əməliyyatlar
• Çağrı mərkəzi
• Korporativ satış
• İnformasiya texnoloqiyaları
• Təchizat
• Müştəri məmnuniyyəti

Qəbul prosesi üç mərhələdən – elektron müraciətin doldurulması, test imtahanı və müsahibə mərhələsindən ibarətdir. Müraciət üçün namizədlər hr.166.az işə qəbul portalına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Sənədlərin son qəbul tarixi: 31.07.2021

Qeyd: Təcrübə proqramı çərçivəsində iştirakçılara tam iş günü və şirkət tərəfindən əmək haqqı ödənilməsi nəzərdə tutulur.

2019-cu ildən etibarən keçirilən “166 Logistika Akademiyası” yay təcrübə proqramına ümumilikdə 3500-dən artıq müraciət qeydə alınıb. Bu müraciətlərdən bütün mərhələləri uğurla keçən 96 nəfər yay təcrübə proqramına qəbul olunub və 43 nəfər uğurla tamamlayaraq şirkətdə işlə təmin edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678