Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda iki avtomobil toqquşdu, bir nəfər öldü

130 Baxış

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, 1960-cı il təvəllüdlü Əhmədova Raya Aydın qızı, 1963-cü il təvəllüdlü Əhmədova Sahibə Aydın qızı, 1976-cı il təvəllüdlü Babayeva Aynur Nüsrət qızı, 1972-ci il təvəllüdlü Babayev Hümbət Şahlar oğlu, 1968-ci il təvəllüdlü Mirzəyeva Sevda Zal qızı, 1992-ci il təvəllüdlü Nəsibov Orxan Talıb oğlu və 1966-cı il təvəllüdlü Nəsibov Talıb Cahangir oğlu xəsarət alıblar. Avtomobildə olanlardan biri isə hadisə yerindəcə dünyasını dəyişib.

Yaralılar FHN əməkdaşlarının köməkliyi ilə təxliyə olunublar və təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Onlardan 5 nəfəri reanimasiya şöbəsinə digər 2 nəfəri isə ambulator müalicə ilə evə buraxılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678