Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

XİN-in rəhbər heyəti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib – FOTO

117 Baxış

9 iyul Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Xarici İşlər Nazirliyinin rəhbər heyəti Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib. 

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin rəhbərliyi xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib və məzarı önünə əklil qoyublar.

Həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarına tər çiçəklər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678