Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu ilin birinci yarısında 435 kriminal qrup DİN tərəfindən zərərsizləşdirilib

116 Baxış

Bu ilin birinci yarısında mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə 435 kriminal qrup zərərsizləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 9-da Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında məlumat verilib.

Qeyd olunub ki, bu müddətdə qanunsuz odlu silah saxlayan və daşıyan 110 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Ötən ilin altı ayı ilə müqayisədə qeyri-leqal dövriyyədən 776 kiloqram çox və ya 1 ton 843 kiloqram narkotik vasitə çıxarılıb, qanunsuz kultivasiya olunan 140 ton narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678