Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycandakı xristian dini icmaların rəhbərləri Şuşada rus pravoslav kilsəsində olub – FOTO

136 Baxış

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki digər dini konfessiyaların rəhbərləri Şuşa şəhərinə səfər zamanı rus pravoslav kilsəsini ziyarət ediblər.

APA-nın Şuşaya ezam olunan müxbirinin məlumatına görə, Azərbaycanda olan bütün xristian dini icma rəhbərləri kilsədə birgə dua mərasimində iştirak ediblər.

Dua mərasiminə Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi, yepiskop Vladimir Fekete, Alban udi dini icmasının rəhbəri Robert Mobili, Bakı və Azərbaycan Yeparxiyasının mətbuat katibi, protoiyerey Konstantin Pominov qatılıb.

Onlar kilsəyə İncil kitabı hədiyyə ediblər.

Qeyd edək ki, Şuşaya səfərdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban udi dini icmasının rəhbəri Robert Mobili, Pravoslav kilsəsinin nümayəndələri və Milli Məclisin deputatları iştirak edirlər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678