Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda toya gedən gənclər qəzaya düşdü

114 Baxış

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Turnamedia.az-ın “Report”a istinadən məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Hava limanı yolunda hərəkətdə olan “Mercedes” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə zamanı “Mercedes”də olan sərnişinlər, 1998-ci il təvəllüdlü Kərimov Murad Qara oğlu və 2000-ci il təvəllüdlü Namazov Tural Tofiq oğlu xəsarətlər alıblar.

Hər iki yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Müayinə zamanı onlara müştərək travma diaqnozu qoyulub. Bildirilib ki, gənclər toy mərasimində iştirak etmək üçün şadlıq evinə gedirlərmiş. //Turnamedia.az

 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678