Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Polad Həşimovun xatirəsinə muzey hazırlanır – ÖZƏL

115 Baxış

General-mayor Polad Həşimovun xatirəsinə muzey hazırlanır. 

Oxu.Az-ın məlumatına görə, Tovuz döyüşlərində şəhidlik zirvəsinə ucalan general-mayor Polad Həşimovun xatirəsinə hazırlanan muzey təhsil aldığı 28 saylı tam orta məktəbdə yerləşəcək. 

Sumqayıt şəhər 28 saylı tam orta məktəbin ən geniş otaqlarından birinə P.Həşimovun əşyaları, keçdiyi şərəfli həyat yolu barədə məlumat lövhələri yerləşdiriləcək. Bu, təhsil müəssisəsində oxuyan şagirdlərə vətənpərvərlik mövzusunda örnək olacaq. 

İlkin məlumatlara görə Sumqayıt şəhər 28 saylı tam orta məktəbə general-mayor Polad Həşimovun adının verilməsi və məktəbdə onun büstünün qoyulması gözlənilir. 

Ayın 15-də Sumqayıt şəhərində Polad Həşimovun adını daşıyan küçəyə barelyefin quraşdırılması planlaşdırılır.

Qeyd edək ki, Polad Həşimovun Sumqayıtda yaşadığı binanın qarşısında abidə kompleksinin ucaldılması ilə bağlı işlər artıq başlanılıb.

Faktı Oxu.Az-a general-mayor Polad Həşimovun yaxınları təsdiq edib.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678