Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Yaşayış yerini tərk edən iki “COVID-19” xəstəsi barədə araşdırmalara başlanıldı

155 Baxış

Mingəçevir Şəhər Polis Şöbəsinə “COVID-19” infeksiyasına yoluxmuş iki şəhər sakininin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakinləri – V.Qurbanova və İ.Bayramovanın koronavirus testinin nəticəsi pozitiv olduğuna görə, onlara ev şəraitində müalicə təyin edilib, ancaq həmin şəxslər karantin qaydalarını pozaraq yaşayış yerlərini tərk ediblər.

Polis əməkdaşları tərəfindən karantin qaydalarını pozan və vətəndaşların sağlamlığı üçün ciddi təhlükə yaradan V.Qurbanova və İ.Bayramovanın qanunazidd hərəkətlərinin qarşısı alınaraq, onlar həkim briqadasının da müşayiəti ilə koronavirus xəstələrinin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.

Hər iki şəxs barəsində Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678