Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Qaliblər düşərgəsi”nin iştirakçıları Qobustan Qoruğunda olublar – FOTO

115 Baxış

“Qaliblər düşərgəsi”nin iştirakçıları maraqlı və əyləncə dolu bir həftəlik proqramı artıq geridə qoyublar.

Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, onların asudə vaxtlarının səmərəli təşkili və xalqımızın tarixini özündə daşıyan eksponatlar, qayaüstü rəsmlərlə tanışlığı məqsədilə həftə sonu Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna ekskursiya təşkil olunub.

Qaliblər Qobustan qayalarındakı insan, heyvan, kollektiv əmək, qayıq şəkilləri, döyüş və ov səhnələrinin təsvirlərinə baxıblar. Açıq səma altında fəaliyyət göstərən muzey iştirakçıların marağına səbəb olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678