Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

SOCAR-dan Pakistana 220 milyon dollarlıq kredit xətti təklifi ilə bağlı AÇIQLAMA

113 Baxış

Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Pakistana neft və qaz tədarükü üçün 220 milyon dollardan çox iki kredit xətti təklif edib.

Oxu.Az-ın Pakistan mətbuatına istinadən verdiyi məlumata görə, təklifə Pakistan tərəfindən hələ cavab verilməyib.

Bildirilir ki, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayenin sözlərinə görə, təklif LNG üçün 120 milyon dollar və neft məhsulları üçün 100 milyon dollarlıq iki ayrı kredit xəttini əhatə edir. 

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov açıqlamasında bildirib ki, bütün sahələrdə olduğu kimi, iqtisadi müstəvidə də Azərbaycanın Pakistanla səmərəli və səmimi münasibətləri var:

“SOCAR olaraq, qardaş ölkə Pakistanla əvvəl olduğu kimi, gələcəkdə də neft-qaz ticarəti sahəsində əməliyyatlarımızı davam etdirmək, hər iki tərəfə fayda gətirəcək dayanıqlı əməkdaşlığı inkişaf etdirmək əzmindəyik”.

Xatırladaq ki, 30 mart 2021-ci il tarixində 9-cu Nazirlər Konfransı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi ilə görüşü zamanı tərəflər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Pakistanın şirkətləri arasında əməkdaşlıq perspektivlərini də müzakirə ediblər.

Nigar Məmmədova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678