Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Abşeronda kimyəvi maddələr saxlanılan anbarda yanğın olub

124 Baxış

Abşeron rayonunda ümumi sahəsi 125 m² olan anbarın yanar konstruksiyaları, içərisinə yığılan hər birinin həcmi 200 litr olan 20 ədəd, hər birinin tutumu bir ton olan iki ədəd kimyəvi maddələr saxlanan çəlləklər və səkkiz ədəd əhəng kisəsi yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yaxınlıqdakı tikililər və ev yanğından mühafizə olunub.

Yanğın söndürülüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678