Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Biləsuvarda şəhidlərin doğum günü qeyd edildi – FOTO

120 Baxış

Bu gün Biləsuvar rayonunda şəhid Allahverdiyev Elnur Kamil oğlu və Mirzəyev Orxan Əli oğlunun doğum günləri qeyd edilib.

“Report”un Muğan bürosunun məlumatına görə, bu münasibətlə rayon rəsmiləri və yerli sakinlər şəhidlərin ailə üzvlərinə baş çəkiblər.

Həmçinin şəhidlərin məzarları ziyarət edilib. Onların məzarı üzərinə gül dəstələri qoyulub və ruhlarına dualar oxunub.

Elnur Allahverdiyev 2001-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində dünyaya göz açıb, 27 sentyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Orxan Mirzəyev 2001-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub, Laçın rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalmış və 2 noyabr 2020-ci ildə kənd qəbiristanlığında dəfn edilib.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən hər iki qəhrəmanın xidmətləri yüksək qiymətləndirilib, Elnur Allahverdiyev “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə”, Orxan Mirzəyev “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678