Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Dənizində boğulan iki nəfərin meyiti tapıldı

106 Baxış

Dünən Xəzər dənizində boğulan iki nəfərin meyiti tapılıb.

Oxu.Az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Pirşağı qəsəbəsində qeyri-çimərlik ərazisində baş verib.

Sabunçu Ramana qəsəbə sakinləri – 2003-cü il təvəllüdlü Abdullayev Rəvan Şahniyaz oğlu və  2002-ci il təvəllüdlü Bayramov Məhərrəm Oruc oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən dənizdən çıxarılıb.

Onların meyiti aidiyyəti üzrə təhvil verilib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678