Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakının əsas küçə və prospektlərində sıxlıq var – SİYAHI

118 Baxış

Paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. 

Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şose boyunca, “20 Yanvar” dairəsi istiqamətində çox güclü sıxlıq müşahidə olunur).

Binəqədi şosesi – (Əsasən,Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıq müşahidə edilir.

Eyni zamanda Babək prospekti – (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində), Qara Qarayev prospekti – (“Koroğlu” metrostansiyası istiqamətində), Zabrat şosesi – (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində), Yavər Əliyev küçəsi – (Aeroport şosesinə çıxan yol), Həsən bəy Zərdabi prospekti – (20 Yanvar dairəsinə düşən hissəsi) nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678