Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İmtahan sualını zaldan çıxarmaq istəyən müəllim cəzalandırılacaq

122 Baxış

Gəncə şəhər 16 nömrəli tam orta məktəbdə iyul ayının 13-də saat 09:00 seansında riyaziyyat fənni üzrə keçirilən müəllimlərin işə qəbulu imtahanında namizədlərdən birinin sualları imtahan zalından çıxarmağa cəhd göstərdiyi müəyyən olunub.

Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən verilən məlumata görə, aparılan videomüşahidə nəticəsində namizədin Göygöl rayonu Qırıxlı kənd tam orta məktəbin riyaziyyat müəllimi Gülnar İmranova olduğu müəyyənləşdirilib və onun imtahan nəticəsi ləğv olunub. Həmin müəllim barəsində müvafiq cəza tədbiri görüləcək.

Qeyd olunub ki, imtahan rəhbəri Gəncə şəhər 37 nömrəli tam orta məktəbin direktoru Nail İmranov və məsul nəzarətçi şəxs imtahan mərkəzindən kənarlaşdırılıb və onlar barəsində də müvafiq cəza tədbirləri görüləcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678