Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

FHN: “Dənizdə batma təhlükəsi olan yeddi nəfər xilas edilib, bir nəfərin meyiti tapılıb”

132 Baxış

Fövqəladə Hallar Nazirliyinin (FHN) ötən sutka ərzində görülən işlər barədə statistik məlumatları paylaşıb.

FHN “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 90 yanğına çıxış və 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-dan verilən məlumata görə, ümumilikdə, ötən sutka ərzində 12 nəfər, o cümlədən çimərlik və qeyri-çimərlik sahələrində çimərkən batma təhlükəsi ilə üzləşən yeddi nəfər xilas edilib.

Həmçinin, 12.07.2021-ci il tarixində Pirşağı qəsəbəsində qeyri-çimərlik ərazidə batan 2003-cü il təvəllüdlü Abdullayev Rəvan Şahniyaz oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678