Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Balakəndə 200 nəfərlik toy baha başa gəldi – FOTO/VİDEO

133 Baxış

Balakəndə 200 nəfərlik toy təşkil edən restoran sahibi dörd min manat cərimələnib.

Balakən Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində yerləşən “Balakən” şadlıq sarayında pandemiya tələblərinin pozulduğu aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şadlıq evinə keçirilən baxış zamanı obyekt sahibi tərəfindən 107 nəfərin “icazə.e-gov.az” portalında rəsmi qeydiyyatdan keçirilməsinə baxmayaraq məclisdə 200 nəfərə yaxın qonağın iştirak etdiyi müəyyən olunub. Aşkarlanan pozuntularla bağlı həmin sarayın sahibi Elbrus Abdullayev inzibati məsuliyyətə cəlb edilib və o, dörd min manat məbləğində cərimələnib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678