Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bərdədə keçmiş məhkumlar narkotiklə saxlanıldı – FOTO

123 Baxış

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilmiş tədbirlərlə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin dövriyyəsində şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum edilmiş Mahir Qocayev və Vahid Qədimov saxlanılıb.

M.Qocayevin üzərində aparılan baxış zamanı heroin, V.Qədimovun evindən isə dörd bükümdə heroin və metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb.

Hər iki faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678