Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Baş infeksionistdən əhaliyə ÇAĞIRIŞ

128 Baxış

“İnsanlar pandemiyanın bitdiyini düşünməsinlər. Ölkədə hələ ki, yoluxma sayı yüksək deyil. Bunu uzunmüddətli tədbirlərlə əldə etmişik”.

Oxu.Az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, Qurban bayramında kütləvi təmaslar qaçınılmazdır:

“Maska taxmaq, məsafə saxlamaq və gigiyena qaydalarına əməl etmək lazımdır. Bildiyiniz kimi, daha aqressiv, yoluxuculuğu yüksək olan “Delta ştammı” ölkəyə daxil olub. İnsanları yay aylarında diqqətli və məsuliyyətli olmağa çağırırıq”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678