Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

DYP bayramla əlaqədar sürücülərə müraciət edib

136 Baxış

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Qurban bayramı ilə əlaqədar sürücülərə müraciət edib.

Oxu.Az xəbər verir ki, müraciətdə vətəndaşlardan qurbanlıq üçün nəzərdə tutulan satış və kəsim mərkəzlərində olarkən dayanma-durma tələblərini pozaraq yolun hərəkət hissəsini zəbt edib digər vətəndaşlar üçün narahatlığa səbəb olacaq hərəkətlər etməkdən çəkinmək, eləcə də pandemiya şəraitində müəyyən edilmiş qaydalara da əməl etmək tövsiyə olunub.

Eyni zamanda bayramla əlaqədar uzaq məsafələrə şəxsi avtomobillərlə hərəkət edən sürücülərdən bir daha nəqliyyat vasitəsinin texniki sazlığına əmin olduqdan sonra yola çıxmağı, istirahət rejiminə əməl etmələri və yol hərəkəti qaydalarına diqqət yetirmələri xahiş olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678