Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ötən il həbs edilən narkotacirlərin sayı AÇIQLANDI – FOTO

116 Baxış

Ötən il Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 4 233 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun 2020-ci il üzrə hazırladığı hesabatda əksini tapıb.

Cinayət məsuliyyətinə cəlb edilən şəxslərin beş nəfəri 16-18, 321 nəfəri 18-25, 738 nəfəri 26-29, 3 169 nəfəri isə 30 yaşdan yuxarı şəxslərdir.

Həmin şəxslərdən 4 150-si kişi, 83-ü qadın olub.

Cinayət məsuliyyətinə cəlb edilən şəxslərin 3 000-i oxumayan və işləməyən şəxslər, beş nəfər isə vəzifəli və ya maddi məsul şəxslər olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678