Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ötən il dörd tondan çox narkotik və psixotrop maddə dövriyyədən çıxarılıb – FOTO

127 Baxış

Daxili İşlər Nazirliyi (DİN) 2019-2020-ci illərdə polis əməkdaşları tərəfindən qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarını açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, bu il cəmi 4 ton 41 kiloqram 592,2 qram narkotik vasitə dövriyyədən çıxarılıb.

Onlardan 919 kiloqram 272,9 qram marixuana, 90 kiloqram 426,9 qram həşiş, 304 kiloqram 513,7 qram tiryək, 2 ton 374 kiloqram 323,6 qram heroin, 1 kiloqram 435,3 qram kokain, 351 kiloqram 619,8 qram psixotrop maddələr və digərləri olub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678