Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Toyda karantin qaydaları pozuldu: Obyekt sahibi cərimələndi

118 Baxış

“Samux rayonunda fəaliyyət göstərən “Qoşqar” şadlıq sarayında karantin qaydalarının pozulması halı qeydə alınıb”.

Bu barədə Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Samux Rayon Polis Şöbəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsinin və 12 saylı ərazi Vergilər Baş İdarəsinin əməkdaşlarının birgə nəzarət profilaktik tədbirləri keçiriblər:

“Nəticədə rayon ərazisində fəaliyyət göstərən “Qoşqar” şadlıq sarayının “icaze.gov.az” saytından qeydiyyatdan keçməyərək toy mərasimi təşkil etdiyi müəyyən edilib”.

“Obyekt sahibi İXM 211 maddəsi ilə protokol tərtib edilərək 4 000 manat cərimə edilib”, – deyə o əlavə edib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678