Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Karantin qaydalarını pozan şadlıq sarayları aşkarlandı: İki nəfər barəsində cinayət işi başlanıldı

250 Baxış

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində bəzi şadlıq saraylarında təşkil olunan toy mərasimləri zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, aparılan yoxlamalar zamanı təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, müəyyənləşdirilmiş say həddindən artıq qonağın iştirak etməsi müəyyən olunub.

Həmin faktlarla bağlı 2 nəfər barəsində cinayət işi başlanılıb. 13 nəfər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunub, 1 nəfər barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsindən ötrü Lənkəran Rayon Məhkəməsinə göndərilib və həmin şəxs 4 min manat məbləğində cərimələnib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678