Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Saatlı sakininin evindən külli miqdarda narkotik vasitələr və ov silahı aşkarlandı – FOTO

298 Baxış

Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs ələ keçib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayon sakini, 57 yaşlı Ramiz Nəciyev şübhəli şəxs qismində saxlanılıb.

Onun yaşadığı evə baxış keçirilən zaman oradan sellofan torbalarda qablaşdırılan ümumi çəkisi 5 kiloqram 225 qram olan qurudulmuş marixuana, bir ədəd tərəzi və müvafiq sənədləri olmayan ov silahı, eləcə də evin yaşayış olmayan otaqlarının birindən quruması üçün saxlanılan 18 ədəd çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı R.Nəciyev qanunazidd əməllə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Nazirliyin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Mehman Ocaqov saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman iki bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Araşdırmalar zamanı o, narkotik vasitəni 50 manat pul müqabilində Vüsal adlı şəxsdən aldığını bildirib.

Keçirilən növbəti tədbirlər zamanı rayonun Düyərli kənd sakini Vüsal Ağayev də saxlanılıb. Onun evinə baxış keçirilən zaman dörd bükümdə heroin, iki bükümdə psixotrop maddə olan metamfetamin (“patı”) aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırmalar davam etdirlir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678