Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Cavid Qurbanov: “Ağdam istiqamətində 20 kilometr yol yatağı hazırdır”

264 Baxış

“Azərbaycanın işğaldan azad olunmuş ərazilərində dəmir yolu infrastrukturunun yaradılması istiqamətində yerli kampaniyalar çərçivəsində sürətli işlər aparılır”.

Oxu.Az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.

Onun sözlərinə görə, bizim birinci məqsədimiz ərazilərin tam təmizlənməsini gözləməkdir:

“Ağdam tərəfdə artıq 20 km-ə yaxın yol yatağı hazırdır. Bu günlərdə işlər başlanılacaq. Əsas üç istiqamət üzrə işlər gedir. Onlardan biri Horadiz-Naxçıvan istiqamətidir ki, yolun uzunluğu 111 km-dir. Ərazidə SES tikintisi səbəbindən göl əmələ gəlib ki, bu da yolun tikintisini uzadır. İkinci tapşırıq Şuşaya qədər olan yolun layihələndirilməsidir. Dağlıq zona olduğundan, tunellər çoxdur. Üçündü istiqamət isə Ağdamdır. Ərazilərin minalanması dəmir yolu infrastrukturunun qurulmasını çətinləşdirən əsas səbəbdir. Bizim əməkdaşlar özləri də ehtiyatsızlıqdan mina olan ərazidən keçiblər. Xoşbəxtlikdən heç bir bədbəxt hadisə baş verməyib”. 

C.Qurbanov onu da əlavə edib ki, Zəngəzur dəhlizində bu gün əsas məsələ ərazilərin minalardan təmizlənməsinə yönəlib:

“Ümumiyyətlə, orada daha çox mina basdırılıb. Bunu da ona görə ediblər ki, ərazidən heç vaxt istifadə edilə bilməsin. Bizim yollar da sərhəddən getdiyi üçün, təmizlənmə prosesi gözlənilməlidir”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678