Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bu il yeni qayda ilə pensiya təyinatı aparılanların sayı AÇIQLANDI – FOTO

126 Baxış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron təyinat sistemləri vasitəsilə 2021-ci ilin yanvar-iyun aylarında 71,3 min pensiya, müavinət, təqaüd təyinatı e-qaydada aparılıb.

Oxu.Az xəbər verir ki, onlardan 14,8 mini pensiya, 56,5 mini müavinət və təqaüd təyinatları olub.

Nəticədə həmin sosial təminat növlərinə hüququ yaranan vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac qalmadan, proaktiv şəkildə həmin sosial ödənişlər təyin edilib.

2019-cu ilin əvvəlindən pensiyaların və sonra müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb. Cari ilin 1 iyul tarixinədək həmin sosial təminat növləri üzrə 40,4 mini pensiyalar olmaqla, ümumilikdə 197,8 min təyinat e-qaydada həyata keçirilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678