Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

TƏBİB Səməd Səmədovun ölümü ilə bağlı açıqlama verdi

114 Baxış

Xalq artisti Səməd Səmədovun ölümü ilə bağlı TƏBİB-dən açıqlama gəlib.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış bildirib ki, xalq artisti Səməd Səmədov 23 iyul 2021-ci il tarixində 60-70 saturasiya ilə Yeni klinika tibb müəssisəsinə daxil olub:

“Döş qəfəsi kompüter tomoqrafiyasının nəticələrinə əsasən onda  koronavirus ağırlaşması, ikitərəfli poliseqmentar multifokal pnevmoniya təsdiqlənib.

Bütün səylərə baxmayaraq, COVİD ağırlaşmalarından biri olan sepsis və septik şok inkişaf edib, böyrək çatışmazlığı yaranıb, təəssüf ki, xalq artistinin həyatını xilas etmək mümkün olmayıb”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678