Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı – FOTO/VİDEO

121 Baxış

Abşeron Rayon Polis İdarəsinin Qobu Bölməsinə əvvəllər məhkum olunmuş Pirəli İmamcanovun Hökməli qəsəbəsində yaşadığı evin həyətində çətənə bitkilərini əkib-becərdiyi, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirdiyi barədə əməliyyat məlumatı daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polislər tərəfindən həmin ünvana baxış keçirilib.

Baxış zamanı Pirəli İmamcanovun həyətində xüsusi qulluq edərək yetişdirdiyi ümumi çəkisi 28 kiloqram olan 39 ədəd çətənə bitkisi, 200 qram marixuana aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bu ilin aprel ayında əkdiyini və inkişafı üçün xüsusi qulluq etdiyini etiraf edib.

Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Saxlanılan şəxs barəsində əməliyyat və istintaq tədbirləri davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678