Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Neftçalada yol qəzası olub, xəsarət alan var

129 Baxış

Neftçalada 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə axşam saatlarında M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb. Belə ki, Neftçala şəhər sakini, 1982-ci il təvəllüdlü Məmmədov Vüsal Əmrah oğlu motosikletlə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı maneəyə çırpılıb. Sürücü qəza zamanı müxtəlif dərəcəli xəsarətlər alıb. V.Məmmədov Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678