Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Paytaxt məktəbinin məzunu altı nüfuzlu universitetə qəbul oldu

119 Baxış

Beynəlxalq biologiya olimpiadasında qızıl medal qazanan paytaxt məktəblisi Azərbaycanda və Türkiyədə altı nüfuzlu ali təhsil müəssisəsinə qəbul olub.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, idarənin tabeliyindəki 102 nömrəli tam orta məktəbin məzunu Ranal Qurbanov Azərbaycan Tibb Universiteti, Türkiyənin Acıbadəm Universiteti, İstanbul Cərrahpaşa Universiteti, Koç Universiteti, Bahçeşehir Universiteti və Eskişehir Osmanqazi Universitetində tibb ixtisası üzrə təhsil almaq imkanı əldə edib.

Lakin R.Qurbanov bir il müddətində Amerika Birləşmiş Ştatlarında kurs keçəcəyi üçün müvəqqəti olaraq qəbul olduğu İstanbul Cərrahpaşa Universitetində təhsilini dondurub.

Qeyd edək ki, R.Qurbanov 18-23 iyul 2021-ci il tarixlərində Portuqaliyada onlayn təşkil olunan 76 ölkədən 296 şagirdin iştirak etdiyi 32-ci Beynəlxalq Biologiya Olimpiadasında (IBO2021) uğurlu nəticə göstərərək qızıl medala layiq görülüb.

Bundan əlavə, o, 2020-ci ildə “IBO Challenge 2020” 31-ci Beynəlxalq Biologiya Olimpiadasında da uğur qazanaraq gümüş medalla təltif olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678