Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ABŞ-da hərbi donanma zabiti olan azərbaycanlının bacısı ilə ailə quran Tomasla MÜSAHİBƏ – VİDEO

138 Baxış

Ermənistanın Qarabağda müharibə cinayətlərini Britaniya ictimaiyyətinə çatdıran əcnəbi vətəndaş sosial şəbəkələrdə kampaniya başladaraq Azərbaycan xalqının diqqətini çəkib.

Tomas Amiral Mudi Baku TV-yə verdiyi müsahibəsində 2011-ci ildən azərbaycanlı xanımla ailəli və üç övladı olduğunu deyib.

O, ABŞ-ın hərbi donanmasında xidmət edən azərbaycanlı hərbi zabit Nəimi Amiral ilə necə tanış olduğundan bəhs edib:

“Nəimi ABŞ-da hörmət sahibi bir zabitdir və biz onunla fəxr edirik. N.Amiral çox təvazökardır və mən onunla ilk dəfə Britaniyada tanış oldum. Mən sevdiyim qadını ailəm ilə tanış etmək üçün apardıqda o da gəldi və beləcə biz tanış olduq”.

Övladlarınızın da gələcəkdə dayıları kimi hərbçi olmağını istəyərdinizmi? – sualına Tomas belə cavab verib:

“Bu, mənim üçün çox xoş olar”.

Daha ətraflı Baku TV-nin süjetində:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678