Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycan, Türkiyə və Pakistan dövlət başçılarının üçtərəfli görüşü keçirilə bilər

131 Baxış

“Gələcəkdə Azərbaycan, Türkiyə və Pakistan dövlət başçılarının üçtərəfli görüşlərinin keçirilməsi mümkün ola bilər”.

Oxu.Az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop bu gün keçirilən mətbuat konfransında deyib. 

“Üç ölkə arasında yalnız dövlətlərarası münasibətlər deyil, eləcə də xalqlar arası münasibətlər var”, – deyə M.Şəntop bildirib.

TBMM sədri onu da əlavə edib ki, Ermənistanın son zamanlar Naxçıvan istiqamətində atəşkəsi pozması və mülki əhaliyə qarşı etdiyi hücumlar beynəlxalq arena üçün düşündürücü məsələ olmalıdır.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678