Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Körpəsini Şəhidlər xiyabanına atan qadın danışdı: “Yoldaşım uşağın ondan olmağına inanmır” – FOTO

107 Baxış

Ağcabədi rayonunda bir neçə gün öncə küçəyə atılan körpənin anası danışıb.

Bərdə rayon sakini Vüsalə Fərzəliyeva “Qafqazinfo”ya açıqlamasında övladını küçəyə atmasının səbəbini açıqlayıb. Onun sözlərinə görə, əri həmin uşağın ondan olduğuna inanmadığını deyib: “Valideynlərim də dedilər ki, uşağı özünlə gətirmə. Yoldaşım da bu uşağın ondan olduğuna inanmır. Mənim evdə bir şikəst övladım var, 8 aylıq olanda yanıb. Həmin gün uşağı götürüb yoldan keçən maşına mindim və aparıb atdım. Evdən dedilər ki, uşağı atmaq yerinə gərək öldürərdin. Dedim ki, niyə öldürürəm?! Dedilər ki, sənin ucbatından rüsvay olduq”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678